"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

​Peşə təhsilində növbəti uğurlu addım: Yumurtalı xörəklərin hazırlanma texnologiyası


İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində gənc aşpazların praktik bacarıqlarının artırılması məqsədilə növbəti istehsalat təlimi təşkil olunub.
​Mərkəzin “Aşpaz” ixtisası üzrə 2 illik I kurs qrupunun 12 nəfər tələbəsinin iştirakı ilə keçirilən açıq dərs “Yumurtalı xörəklərin hazırlanmasında istifadə olunan inqrediyentlər və onların rolu” mövzusuna həsr edilib. İstehsalat təlim ustası Aytən Alızadənin rəhbərliyi ilə keçən dərsin əsas məqsədi tələbələrə bu növ xörəklərin hazırlanma texnologiyasını aşılamaq və düzgün inqrediyent seçimi vərdişlərini formalaşdırmaq olub.
​Təlim prosesi zamanı aşağıdakı istiqamətlər üzrə praktiki məşğələlər aparılıb:
​Yumurtalı xörəklərin hazırlanma mərhələlərinin nəzəri və praktiki izahı;
​Məhsulların keyfiyyət meyarları və onların düzgün tətbiqi;
​Tələbələrin komanda şəklində işləmək və təqdimat bacarıqlarının nümayişi.
​Dərs zamanı tələbələr öyrəndikləri bilikləri real mətbəx şəraitində tətbiq edərək fərqli təqdimatlar hazırlayıblar.
​Tədris şöbəsinin müvafiq komissiyası tərəfindən yaxından izlənilən açıq dərs yüksək maraqla qarşılanıb. Sonda komissiya üzvləri və tələbələr arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb, gənc mütəxəssislərə müvafiq tövsiyələr verilib.

 

 

13 May 2026, 11:29 - 980

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar