"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Ordubadda şəhid Faiq Novruzov anılıb


Ordubad şəhər tam orta İnternat məktəbində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı itkin düşmüş hərbçi Novruzov Faiq Hüseyn oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Qeyd edək ki, Faiq Novruzov 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və məktəb kollektivi iştirak ediblər.

Çıxışlar zamanı Faiq Novruzovun həyat və döyüş yolundan bəhs edilib, onun Vətən qarşısında göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Eyni zamanda Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi şücaət və qəhrəmanlıq nümunələrindən, xalqımızın tarixinə qızıl hərflərlə yazılan Zəfər tarixindən danışılıb. Bildirilib ki, qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman böyük ehtiram və qürur hissi ilə yad olunacaq, şəhid ailələri və müharibə iştirakçıları dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur.

Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

26 Yanvar 2026, 20:28 - 887

Paylaş: