"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Əliməmməd Nuriyev: QHT olmaq – hüquqi qeydiyyatdan çox, ictimai məsuliyyətdir!


Zəfərdən sonrakı dövr bizə bir şeyi açıq göstərdi: artıq QHT-lər təkcə layihə yazan və ya hesabat təqdim edən qurumlar deyil – onlar cəmiyyətin düşünən,  sorgulayan tərəfi, ictimai faydanı fəaliyyətlə sübut edən strukturları olmalıdır.

“İctimai fayda” – hansısa tanış dairəyə deyil, daha geniş bir kəsimin rifahı naminə görülən və nəticəsi görünən fəaliyyətdir. Bu status kimsə tərəfindən verilməz – bu, cəmiyyət tərəfindən tanınar.

Əgər bir təşkilat: – tanışlıqla yox, hamı üçün açıq fayda yaradırsa;
– fərdi xeyirdən çox, ümumi rifaha yönəlirsə;
– eyni hüquqla hər kəsin faydalana biləcəyi bir platformaya çevrilirsə, 
o zaman o, ictimai faydalıdır.

QHT olmaq üçün qeydiyyat kifayət deyil. Bu – ictimai məsuliyyət daşımaq, etik hesabatlılıq göstərmək və ümumi rifah üçün çalışmaq deməkdir.

 “İctimai fayda” – anlayış yox, davranış formasıdır.

Paylaş: