"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllıda “İz” sənədli filminin nümayişi keçirildi


İsmayıllı rayonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filminin nümayişi keçirilib.
Tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzində, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gələn film dahi liderin zəngin ömür yolunu və dövlətçilik fəaliyyətini əks etdirir.
Nümayiş İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional nümayəndəliyinin İsmayıllı bölməsi və İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları və İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin tələbələri iştirak ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycan memarlığı və şəhərsalmasının inkişafındakı rolu, milli memarlıq ənənələrinin qorunması istiqamətində gördüyü işlərdən bəhs olunub.
Qeyd edilib ki, tədbirin məqsədi Ulu Öndərin zəngin irsini gənc nəslə çatdırmaq, milli-mənəvi dəyərlərin təbliği və mədəni irsin qorunmasına diqqəti artırmaqdır.

 

 

 

 

8 May 2026, 18:48 - 2112

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar