"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllıda “Heydər Əliyevin dövlət-din siyasəti” mövzusunda tədbir keçirilib


İsmayıllı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə “Heydər Əliyevin dövlət-din siyasəti: tolerantlıq və milli həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan Regional bölməsinin və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə din xadimləri, eləcə də mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.
Əvvəlcə iştirakçılar foyedə Ulu Öndər Heydər Əliyevin mədəniyyət və mədəni irsin qorunmasına göstərdiyi diqqəti əks etdirən foto sərgi ilə tanış olublar. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Heydər Əliyev və din siyasəti” adlı sənədli film nümayiş etdirilib.
Çıxışlarda Azərbaycanda dini tolerantlıq və multikultural dəyərlərin qorunmasının Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, bu siyasət hazırda da uğurla davam etdirilir, ölkədə müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və həmrəylik mühiti hökm sürür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

8 May 2026, 20:23 - 983

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar