"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İsmayıllıda “Dini ibadət yerləri memarlıq irsimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib


16 iyun tarixində  İsmayıllı   şəhəri   Əbulhəsən  Ələkbərzadə   küçəsi 171  ünvanında    yerləşən  XIX  əsrə   aid   inventar  nömrəsi  4356  olan  Məscidin  ərazisində  yerləşən  Tələbə yataqxanasının akt zalında Azərbaycan Respublikasında 2026-cı ilin  Şəhərsalma və Memarlıq  İli”  elan  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  22 dekabr  2025-ci  il  tarixli  Sərəncamının  icrası məqsədilə  “Dini  ibadət  yerləri  memarlıq  irsimizin tərkib  hissəsi kimi”  başlığı  altında  tədbir keçirilib.

 Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Dağlıq  Şirvan Regional  bölməsinin  birgə  təşkilatçılığı  ilə  reallaşdı.

Tədbir DQİDK-nın Dağlıq  Şirvan Regional bölməsinin əməkdaşı Aydın Səmədovun,   İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibatı Ərazi  Dairəsi üzrə nümayyəndəsi Qiyas Abdullayevin, İsmayıllı şəhər Bələdiyyəsinin sədr müavini Anar Rəsulovun, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Ceyhun İsmayılovun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssislərinin  və din xadimlərinin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində rayon ərazisində yerləşən  dini-tarixi abidələri əks etdirən xüsusi fotosərgi də nümayiş olunub. 

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycanın zəngin memarlıq irsinin, xüsusilə də dini-tarixi abidələrin qorunması, gələcək nəsillərə çatdırılması və təbliği dövlətimizin mədəni siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə görülən işlərə yeni bir təkan verir və tarixi abidələrin mühafizəsi sahəsində ictimai məsuliyyəti artırır.

​Tədbir diskussiya şəklində davam edib. İştirakçılar İsmayıllı rayonunda yerləşən memarlıq abidələrinin cari vəziyyəti, onların bərpası, konservasiyası və turizm potensialının artırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin, dini abidələrin tarixi simasının saxlanılmaqla yanaşı, onların şəhərsalma mədəniyyətindəki yeri və əhəmiyyəti ətrafında müzakirələr təşkil edilib.

​Tədbirin əsas məqsədi:

  • ​Azərbaycan Respublikası Prezidentinin “2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının icrasını təmin etmək;
  • ​İsmayıllı rayonu ərazisindəki dini-tarixi memarlıq abidələrinin qorunması, onların tarixi əhəmiyyətinin təbliği və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi.
  • ​Mədəni irsin mühafizəsi ilə məşğul olan dövlət qurumları, yerli icra hakimiyyəti, bələdiyyələr və din xadimləri arasında əməkdaşlığı inkişaf etdirmək.

​Dini ibadət yerlərinin Azərbaycanın memarlıq irsinin ayrılmaz tərkib hissəsi kimi dəyərini ictimaiyyətin diqqətinə çatdırmaq və gənc nəslin bu irsə qayğılı münasibətini formalaşdırmaqdan ibarətdir.

 Tədbirdən sonra aidiyyəti dövlət orqanlarının nümayyəndələri din xadimləri ilə tarixi abidənin qarşısında xatirə şəkli çəkiblər.

 

 

 

17 İyun 2026, 16:03 - 158

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar