Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İrəvan Dövlət Dram Teatrının sabiq direktoru İftixar Piriyev tənhalığa çəkilməsinin səbəblərini açıqlayıb.
Sabiq direktor doktorluq dissertasiyası üzərində son tamamlama işlərinin getdiyini bildirib: "Bunun üçün sakit mühit, düşüncələrlə baş-başa qalmaq və fikirlərin cəmləşməsinə şərait yaratmaq daha səmərəlidir”.
İftixar Piriyevin sözlərinə görə, paralel olaraq teatr yaradıcılığı da davam edir. O bildirib ki, teatrda "Qeyri-səlis məntiq” teatr sistemi əsasında xalq yazıçısı Elçinin "Stalin” əsərinin motivləri ilə hazırlanan "Stalin-izm” tamaşasına quruluş verir: "Yaxın günlərdə Elçin müəllimin yaradıcılığına dərin ehtiramla həmin iri həcmli tamaşanın premyerasını təqdim edəcəyik”.
Sabiq direktor əlavə edib ki, bundan sonra görkəmli Azərbaycan rejissoru Elvin Mirzəyevin quruluşunda Vilyam Şekspirin "Kral Lir” əsəri üzərində yaradıcılıq missiyam davam edəcək.
İftixar Piriyev son günlər diqqət çəkən görünüşü ilə bağlı da qısa danışıb: "Şəklim dostların diqqətini nurlu duyğularla cəlb edir. Gerisi təfərrüatdır”.
Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev 2025-ci ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb.
Mənbə: Qaynarinfo.az
6 May 2026, 0:05 - 879
Paylaş: