"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Azadlığın adı Cümhuriyyətdi


29 oktyabr 1923-cü il...
Bu tarix yalnız bir gün deyil, bir millətin yenidən doğulduğu andır. Mustafa Kamal Atatürkün rəhbərliyində əsarətin qaranlığını yara-yara doğan bir işıq – Cümhuriyyətin işığı – bütün Türk dünyasına yol göstərdi.

Cümhuriyyət sadəcə bir idarə forması deyil, azad düşüncənin, bərabərliyin və iradənin təntənəsidir.
Bu, “xalq üçün, xalqla, xalq tərəfindən” qurulan bir gələcək idi.
Sultanların hökmü susdu, xalqın səsi danışdı. Taxt devrildi, amma ədalətin kürsüsü quruldu.

Atatürkün “Türk milletinin tabiatına ve adetlerine en uygun idare, Cumhuriyet idaresidir” sözləri, sadəcə bir fikir deyil, bir millətin ruhunu ifadə edir.
Cümhuriyyət – maarifin, sənayenin, elmin, incəsənətin dirçəlişidir.
Bu dəyərlə Türkiyə yeniləndi, dirçələn millət dünyaya öz sözünü dedi.

 Hər 29 oktyabr — sadəcə bayram deyil, azadlığın and yeridir.
Ay-ulduzlu bayraq dalğalananda, hər bir türk gəncinin ürəyində Atatürkün səsi eşidilir:

“Benim naçiz vücudum elbet bir gün toprak olacaktır, fakat Türkiye Cumhuriyeti ilelebet payidar kalacaktır.”

O, öz varlığını yox, ideyanı əbədiləşdirdi.
Bu gün 102 illik Cümhuriyyət – yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qürur günüdür.
Çünki Cümhuriyyət – azadlığın adı, milli şüurun simvolu, insan ləyaqətinin qalasıdır.

 Yaşasın Cümhuriyyət!
 Yaşasın azadlıq, birlik və qardaşlıq ruhu!

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

29 Oktyabr 2025, 14:57 - 191

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar