"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Elçin Hüseynov: Cəlilabadda təmir və abadlıq işləri uğurla davam etdirilir


 Cəlilabad rayonunda sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri sürətlə davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni asfalt örtüyü döşənmiş küçələrdə tez-tez olur, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanır, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verir.

Cəlilabadda son 4 ildə  yol infrastrukturunun yenilənməsi baxımından çox böyük işlər görülüb. Belə ki, 2022-ci ildə Cəlilabad şəhərində 21 küçə (21 km), Göytəpə şəhərində 9 küçə (5.4 km), Komanlı-Bəcrəvan yolu (1.5 km), Komanlı-Həziabad yolu (1.5 km), Privolnoye kəndində şəhid ailəsinin yaşadığı küçə, Hamarqışlaq kəndində qəbirstanlığa və məktəbə gedən yol, Təklə-Abazallı, Təklə-Məlikqasımlı, Şötüklü-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli kəndlərarası yollar (36.2 km) təmir edilmişdir. Ümumilikdə 65.7 km yol çəkilmişdir. 2023-cü ildə Cəlilabad rayonu üzrə 10 km uzunluğu olan 30 küçəyə asfalt örtüyü vurulmuşdur.

2024-cü ildə rayonun yaşayış məntəqələrində 23 küçədə 8.5 km-dən çox məsafədə asfaltlaşdırma işləri aparılmışşdır.
2025-ci ildə Cəlilabad rayonunda yol infrastrukturunun yenilənməsi baxımından görülən işlər davam etdirilmişdir. Belə ki, il ərzində nəzərdə tutulan 25 küçəyə 8.2 km məsafədəsfalt örtüyü vurulmuşdur.

 Qeyd edək ki, Cəlilabad şəhərində küşələrin asfaltlaşdırılması və yolların təmiri mərhələli şəkildə həyata keçirilir. Aparılan işlərin gedişi göstərir ki, bu işlər yaxın 1-2 il ərzində bütünlüklə başa çatdırılacaq, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcəkdir.

Cəlilabad rayonunda yollara yeni asfalt örtüyünün döşənməsi və yol infrastrukturunun inkişafı ilə bağlı görülən işləri rayon sakinləri dərin razılıq və məmnunluq hissləri ilə qarşılayır, görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilova və əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirirlər.

Elçin Hüseynov, Cəlilabad bələdiyyəsi sədrinin müavini

27 Oktyabr 2025, 20:24 - 385

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar