"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Birlik sədri Umud Mirzəyevə təbrik ünvanlayıb


Tanınmış ictimai xadim və hüquq müdafiəçisi Umud Mirzəyev 65 illik yubileyi münasibətilə təbrik edilib.

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev 65 illik yubileyi münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə ünvanladığı təbrikdə onun ictimai və hüquq müdafiə sahəsindəki çoxillik fəaliyyətini yüksək qiymətləndirib.

Təbrik mətnində qeyd olunub ki, Umud Mirzəyev uzun illər ərzində ictimai xadim və hüquq müdafiəçisi kimi prinsipial, ardıcıl və fədakar fəaliyyəti ilə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı, hüquqi dəyərlərin və ədalət prinsiplərinin təşviqi istiqamətində mühüm töhfələr verib. Onun cəmiyyətin həssas problemlərinə biganə qalmayan mövqeyi, haqq və ədalət naminə apardığı mübarizə, yüksək vətəndaş məsuliyyəti və insanpərvər yanaşması geniş ictimaiyyət tərəfindən daim böyük hörmətlə qarşılanıb.

Emin Tarverdiyev təbrikdə vurğulayıb ki, Umud Mirzəyevin illər boyu qazandığı zəngin təcrübə, peşəkarlıq və prinsipial mövqeyi gənc nəsil üçün dəyərli örnəkdir və onun fəaliyyəti vətəndaş cəmiyyəti üçün etibarlı dayaq hesab olunur. Bildirilib ki, onun həyat və fəaliyyət yolu hüquqa sədaqətin, ədalətə inamın və xalqa xidmətin ali dəyərlər olduğunu bir daha nümayiş etdirir.

Sonda Umud müəllim Mirzəyevə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, ictimai və peşəkar fəaliyyətində yeni uğurlar arzulanıb, gələcək illərdə də məhsuldar fəaliyyətinin cəmiyyət üçün dəyər yaradan təşəbbüslərlə yadda qalacağına inam ifadə olunub.

1 Fevral 2026, 15:16 - 139

Paylaş: