Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidimiz Əli Seyidovun anası Lalə xanımı 50 illik yubileyi münasibətilə təbrik edib.
İctimai Birlikdən verilən məlumata görə, təbrikdə Lalə xanımın Vətən üçün ləyaqətli, mərd və qorxmaz övlad yetişdirən fədakar Azərbaycan anası olduğu vurğulanıb. Bildirilib ki, Əli Seyidov kimi qəhrəmanların göstərdiyi şücaət sayəsində bu gün Azərbaycan torpaqları azaddır və xalqımız qələbə qüruru ilə yaşayır.
Təşkilatın rəhbərliyi və kollektivi adından ünvanlanan müraciətdə şəhid analarının cəmiyyət üçün müqəddəslik və mətanət rəmzi olduğu qeyd edilib. Vurğulanıb ki, şəhid ailələrinə diqqət və ehtiram göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Lalə xanımın ana fədakarlığının gələcək nəsillər üçün hər zaman vətənpərvərlik örnəyi olacağı diqqətə çatdırılıb.
Bu əlamətdar gündə şəhid anasına uca Allahdan cansağlığı, səbir və ruh yüksəkliyi arzulanıb, övladının əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı bir daha ifadə olunub.


5 May 2026, 22:46 - 2172
Paylaş: