"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Birlik sədri Arzu Qəhrəmanovanı təbrik edib


"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev 44 günlük Vətən müharibəsi şəhidi Orxan Qəhrəmanovun anası, birliyin idarə heyətinin üzvü Arzu Qəhrəmanovanın 55 illik yubileyi münasibətilə təbrik edilib. 
Təbrikdə Arzu Qəhrəmanovanın həm şəhid anası kimi göstərdiyi mənəvi möhkəmlik və vətənpərvərlik nümunəsi, həm də təşkilat daxilindəki fəal ictimai fəaliyyəti xüsusi qeyd olunub.
Bildirilib ki, Arzu Qəhrəmanova şəhid ailələrinin sosial-mənəvi problemlərinin diqqətdə saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mühüm töhfələr verir və bu fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb.
Təbrikdə ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.

18 Mart 2026, 12:49 - 164

Paylaş: