Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev AFN.az informasiya portalının fəaliyyətinin 14-cü ildönümü münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə qeyd olunub ki, AFN.az ötən illər ərzində operativlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq geniş oxucu auditoriyasının etimadını qazanıb, Azərbaycan informasiya məkanında özünəməxsus və nüfuzlu yer tutub. Portalın cəmiyyətin aktual məsələlərinin işıqlandırılmasında, milli-mənəvi dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun gücləndirilməsində və ictimai təşəbbüslərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.
Bildirilib ki, AFN.az Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyinin media tərəfdaşı kimi həyata keçirilən layihələrin və sosial təşəbbüslərin işıqlandırılmasına mühüm töhfələr verib və bu səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inam ifadə olunub.
Emin Tarverdiyev AFN.az-ın baş redaktoru Səbuhi Qarafovu və portalın kollektivini əlamətdar gün münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, davamlı inkişaf və nailiyyətlər arzulayıb.

6 Fevral 2026, 19:45 - 4119
Paylaş: