"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Aydın Tağıyev AKİAB tərəfindən “Fəxri üzv” seçilib


Aydın Tağıyev Azərbaycan Korporativ İdarəetmə Assosiasiyası (AKİAB) tərəfindən “Fəxri üzv” seçilib.

AKİAB Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin inkişafına mühüm töhfə verən aparıcı platformalardan biri kimi tanınır. 400-ə yaxın tərəfdaşı birləşdirən Assosiasiya təlimlər, işgüzar görüşlər, diskussiyalar və maarifləndirici layihələr vasitəsilə biznes mühitində şəffaflıq, hesabatlılıq və peşəkar idarəetmə prinsiplərinin tətbiqinə dəstək göstərir.

Qurumun həyata keçirdiyi təşəbbüslər innovativ idarəetmə metodlarının yayılmasına, sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsinə və iş dünyasında etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir.

Aydın Tağıyevin “Fəxri üzv” seçilməsi onun korporativ idarəetmə sahəsində fəaliyyətinə və bu istiqamətdə verdiyi töhfələrə verilən yüksək qiymət kimi dəyərləndirilir.

16 Fevral 2026, 23:44 - 39

Paylaş: