Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycanın Milli Qəhrəmanları Hökumə Əliyeva və Aleksandr Kalyaninovun ailə üzvləri Qazaxıstanın Aktau şəhərinə gediblər.
Bu barədə Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli məlumat verib.
Onun sözlərinə görə, məqsəd hadisə yerini ziyarət etməkdir: “Axşam saatlarında Qazaxıstana gəlmişik. Aktau yaxınlığında hadisənin baş verdiyi ərazini ziyarət edəcəyik. Mən, atam və Hökumə xanımın yoldaşı, bir də Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova gəlib. Ziyarət edib bir gün sonra vətənə dönəcəyik”.
Qeyd edək ki, H.Əliyeva və A. Kalyaninovun yaxınları hadisə başverən əraziyə ilk dəfə gediblər.